Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:00

İran şahzadəsi İsraildən kömək istəyir


İranın devrilmiş şahının oğlu şahzadə Rza Pəhləvi İsraili onun ölkəsini bombalamamağa çağırıb. Rza Pəhləvi deyib ki, əvəzində İsrail ölkənin dini rejiminə qarşı müxalif olanlara kömək etsin.

Devrilmiş şahın böyük oğlu olan Rza Pəhləvi İsrailin kanal10 televiziyasına müsahibəsində deyib ki, Yəhudi dövləti gərək İranı bombalamaq əvəzinə "texnologiyasını, maliyyəsini, başqa resurslarını onların ixtiyarına versin".

İran və İsrail arasında 1979-cu il İran İslam İnqilabından öncə xoş münasibətlər olub.

Hazırda hər iki ölkə bir-birini düşmən sayır.
XS
SM
MD
LG