Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:32
Aprelin 10-u Suriya üçün atəşkəslə bağlı verilən möhlətin son günüdür. BMT-nin və Ərəb Liqasının xüsusi elçisi Kofi Annanın sülh planına görə, Suriya ordu və hərbi texnikasını şəhərlərdən çıxarmalı, atəşi dayandırmalıdır.

Buna baxmayaraq, şahidlər deyirlər ki, zorakılıq davam edir, ordunun geri çəkilməsi əlaməti görünmür.

Məlumata görə, bazar günü Livan və Türkiyə sərhədlərində Suriya hərbi qüvvələrinin açdığı atəş nəticəsində Livanda bir televiziya jurnalisti, Türkiyədə isə qaçqın düşərgəsində azı iki adam ölüb.

Kofi Annan Tehranda İran rəsmiləri ilə danışıqlar aparacaq, onun Türkiyəyə gedəcəyi də gözlənir.

Bu ərəfədə Suriyanın rəsmi xəbər agentliyi məlumat yayıb ki, Suriyanın xarici işlər naziri Walid al-Moallem Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşür.

Rusiya və Çin rəsmi Dəməşqi dəstəkləyən azsaylı dövlətlər arasındadır.

BMT-nin baş katibi Ban Ki Moon bildirib ki, o, Suriyada davam edən zorakılıq və insan haqlarının pozulması və əhalinin qonşu ölkələrə qaçması faktlarından narahatdır.

Ötən həftənin bazar günü Suriya bildirib, qoşununu bir şərtlə geri çəkər ki, üsyançılar hakimiyyət qüvvələri ilə döyüşməyəcəyinə yazılı zəmanət versinlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG