Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:50

Bakı Metropolitenində dini atributların satışına rəsmi qadağa olmasa da, rəhbərlik bunun əleyhinədir

Bakı Metropoliteninin giriş-çıxış yerlərində olan ticarət obyektlərində İslam dininə aid atributların satışına rəhbərlik tərəfindən yazılı şəkildə rəsmi qadağa qoyulmayıb. Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva məlumat verib.

N.Tanrıverdiyeva Bakı Metropoliteninin giriş-çıxış yerlərində olan ticarət obyektlərində İslam dininə aid atributların satışının əleyhinə olduğunu da gizlətməyib:

“Çünki metro ilə gündə yüz minlərlə insan hərəkət edir. Bunların hamısı eyni niyyətli, eyni dinə və irqə mənsub insanlar deyil. Məsələn, metroda satılan Qurana, yaxud digər dini kitablara alan da baxır, almayan da. Axı insanların hamısı eyni deyil. Eşitmişik ki, müqəddəs Qurani-Kərimə dəstəmazsız əl vurmaq olmaz”.

Bakı Metropoliteninin rəsmisi Modern.az saytına açıqlamasında bildirib ki, İslam dininə aid məhsullar metro stansiyalarının giriş-çıxış yerlərində yox, dini mağazalarda satılmalıdır.

Bir müddət əvvəl Bakı Metropoliteni stansiyaları və keçidlərində İslam dininə dair atributların satışına qadağa qoyulmasına dair məlumatlar yayılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG