Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:30

Bakının bəzi rayonlarında su olmayacaq


Aprelin 10-da Saray, Mehdiabad, Novxanı bağları ərazisinə, həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

«Azərsu» Açıq Səhmdar Cəmiyyətinin yaydığı məlumata görə, bu, yay rejiminə hazırlıqla əlaqədar içməli suyu mənbələrdən Abşeron yarımadasına nəql edən magistral kəmərlərdə təmir-profilaktika işlərinin aparılması ilə bağlıdır.

Belə ki, Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Maştağa Su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılacaq.
XS
SM
MD
LG