Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:43

Bakıda bina yanıb [VİDEO]


Aprelin 9-da saat 20:31-də Bakıda Dilarə Əliyeva küçəsiylə Rəsul Rza küçəsinin kəsişməsində yerləşən yarımçıq tikili binada yanğın olub.

Hadisə yerinə Bakı yanğından mühafizə qarnizonunun 12 yanğınsöndürən maşını gəlib.

Dövlət yanğından mühafizə xidmətinin rəis müavini polkovnik Rza Quliyev AzadlıqRadiosuna açıqlamasında deyib ki, ümumi sahəsi 1900 kvadratmetr olan binanın 7-ci mərtəbəsində yanğın olub, binada olan taxta qəliblər yanıb.

Hadisə zamanı xəsarət alanlar olmayıb.

Rza Quliyevin sözlərinə görə hadisəylə bağlı istintaq qrupu işləyir: «Hal-hazırda bir şey demək mümkün deyil. Yanğın tam söndürüləndən sonra tam araşdırma aparılacaq».

Rza Quliyev bildirib ki, hadisə yerində partlayışa səbəb olan heç bir şey tapılmayıb:

«Taxta qəliblər yanıb yerə düşən zaman səs salıb. İnsanlarsa elə biliblər bu partlayışdır. Amma hadisə yerində partlayışa səbəb olan bir şey tapılmayıb».


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG