Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:43

Gəncədə həlak olan MTN zabitinə “Azərbaycan Bayrağı” ordeni verildi


Arxif foto: Azərbaycan xüsusi təyinatlı dəstəsinin əsgərləri.

Arxif foto: Azərbaycan xüsusi təyinatlı dəstəsinin əsgərləri.


Prezident İlham Əliyev aprelin 9-da Prezident Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsinin bir qrup əməkdaşının təltif olunması barədə sərəncam imzalayıb. AzərTac xəbər verir aprelin 6-da Gəncədə silahlı qrupun zərərsizləşdirilməsi zamanı həlak olmuş polkovnik-leytenant Elşad Quliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Qartal” xüsusi təyinatlı dəstəsinin digər əməkdaşları isə “Vətən uğrunda” , “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.

Milli Təhlükəsizlik Nazirliyi aprelin 6-da yaydığı məlumatda bildirir ki, Azərbaycanda təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmənin 17 üzvünü ifşa edib.

Nazirliyin rəsmi məlumatına əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və Qusar rayonlarında xüsusi əməliyyat keçirib. Silahlı birləşmənin saxlanılmış üzvlərindən avtomat silahlar, pulemyot, tapançalar, əl qumbarası, uzaqdan idarə edilən partlayıcı qurğu, külli miqdarda partlayıcı maddə olan plastid, rabitə aparatı götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG