Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:54

Volqoqrad qubernatorunun İtaliya səfəri korrupsiya qalmqalı yaradıb



Ötən həftənin sonunda Rusiyanın Volqoqrad regionun qubernatoru və 40 rəsmisinin ailələri ilə birlikdə İtaliyanın kurort şəhərinə səfərləri Rusiyada fəalların ciddi ittihamlarına səbəb olub. Rusiyada müxalifət saytları və anti-korrupsiya fəalları bildirirlər ki, bu səfər qubernator Sergei Bozhenovun ad günündə - aprelin 8-də olub. Bu isə ciddi korrupsiya sualları yaradır.

"Nezavisimaya Gazeta" isə yazır ki, rəsmilər bu səfərin işgüzar xarakter daşıdığını, Rusiya nümayəndələrinin İtaliyada kənd təsərrüfatı rəsmiləri və mütəcəssislərlə danışıqlar apardıqlarını deyiblər.

Başqaları isə bunun şəxsi səfər olduğunu, buna görə dövlət pulunun xərclənmədiyini deyirlər.

Prezident Dmitry Medvedev Bozhenovu iki ay əvvəl qubernator təyin edib.
XS
SM
MD
LG