Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:21
«YUĞ» Teatrının binasında modern rəqs məşğələləri təşkil olunacaq.

Bu xəbəri AzadlıqRadiosuna teatrın mətbuat əlaqələndiricisi Elçin Cəfərov verib.

Tədbiri «YUĞ» Dövlət Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcı Təşəbbüslər Mərkəzi və Azərbaycandakı Fransız İnstitutu birgə hazırlayıb.

Modern rəqs məşğələləri aprelin 9-dan 13-dək saat 14.00-lə 18.00-arasında «YUĞ» Teatrının binasında təşkil olunacaq.

Məşğələlərdə fransız rəqqasları Sara Baltzinger və Aleksandro Lipo modern rəqs teatrı, müasir rəqsin texniki cəhətləri, xoreoqrafik repertuar üzərində iş, kontakt, improvizasiya və yaradıcılıq kimi istiqamətlərdə öz təcrübələrini iştirakçılarla paylaşacaq.

Sara Baltzinger yaşının az olmasına baxmayaraq, Fransada modern rəqslər sahəsində kifayət qədər uğur qazanmış bir rəqqasədir.

Bir neçə truppada çalışan Sara «Mirage Compagnie»nin xoreoqrafıdır.

Bu truppanın tərkibində «Əl oyunları», «Səhv», «Sakit» kimi məşhur tamaşalarda rəqs edib.

22 yaşlı gənc rəqqasə «Cobos Mika Compagny»də Peter Mikanın sinfində təhsil alıb.
Hazırda Barselona şəhərindəki «Compagnie Laura Vilar» truppasında rəqs edir və tamaşaların hazırlanmasında iştirak edir.

Rəqqasə həmçinin 2009-cu ildən etibarən «Compagnie Totum»un tərkibində çıxış edir və burada «Bir an», «Hissəciklər», «Daxili hisslər», «Başqalarının nəzəri» tamaşalarında çıxış edib.

O, müxtəlif məktəblərdə və konservatoriyalarda (3C-L Lüksemburq), «Lüksemburq Xoreoqrafiya Yaradıcılıq Mərkəzində dərs deyir və məşğələlər keçir.

Aleksandr Lipo da Avropanın bir sıra rəqs truppalarında çalışıb. «Mirage Compagnie»nin aparıcı rəqqaslarından olan Aleks həmçinin «Compagnie Totum»da da çıxış edir.
O, Lüksemburqda Kler Lebsonun truppasında çalışıb və Jüli Bartelemi ilə birlikdə rəqs edib.

Digər rəqs müəllimi Aleks Bernard-Marie isə Koltes teatrında musiqili komediyadan, modern rəqs, modern caz və ifaçılıq sənətindən dərs deyir və məşğələlər aparır.

Xəbərdə vurğulanır ki, məşğələlər pusluzdur və maraqlananlar iştirak edə bilərlər.

Şərhləri göstər

XS
SM
MD
LG