Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Buraxılış işi və dövlət imtahanı ləğv oluna bilər


Azərbaycanın bəzi ali məktəblərində buraxılış işi və yekun dövlət imtahanları ləğv oluna bilər.

Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev AzərTAc-a bildirib ki, 2010/2011-ci tədris ilində Azərbaycan Dillər Universitetinin təklifi və Təhsil Nazirliyinin razılığı əsasında bu ali məktəbdə buraxılış işi və yekun dövlət imtahanlarından imtina olunub.

Tələbələrin buraxılışı məzunların təlim müddətində tədris, elmi və ictimai fəaliyyətini əks etdirən hesabatların təqdimatı formasında həyata keçirilib.

İ. Mustafayev deyib ki, buraxılış işi və dövlət imtahanlarının humanitar ixtisaslar və bəzi təbiət elmləri üzrə ləğvi mümkün ola bilər. Amma texniki profilli ixtisaslarda buraxılış işlərinin yazılması təcrübəsi qalmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG