Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:32
Britaniyanın BBC şirkəti bu il Londonda keçiriləcək bütün Olimpiya yarışlarının teleyayım hüquqlarını teleprovayderlərə satır. Bunu BBC News xəbər verir.

Əvvəlcə yalnız BBC SportBBC-2012 internet saytlarında sutkada 24 saat yayım təşkil etmək planlaşdırılırdı. İndisə, BBC ilə müqaviləsi olan kabel və peyk yayım şirkətlərinin tamaşaçıları istənilən idman növündə olimpiya yarışlarını digər idman növünə keçmədən birbaşa yayımda izləyə biləcək. Bu imkan Olimpiya oyunları tarixində teletamaşaçılara ilk dəfə təqdim olunur.

BBC-nin 2012-Olimpiya oyunlarının işıqlandırılması üzrə meneceri Roger Mosey`nin dediyinə görə, “bu həqiqətən də rəqəmsal deyilə biləcək ilk Olimpiya oyunlarıdır. Burada biz tamaşaçılara əvvəllər olmayan ən böyük seçim təklif edirik”.

Artıq ВВС 24 idman növünün yayımı üçün 24 telekanalın yaradılması haqda Sky teleoperatoru ilə saziş bağlayıb. Ümumiyyətlə isə BBC`nin təklif etdiyi paket içində adi keyfiyyətdə 24 və HD keyfiyyətilə eyni sayda kanal olacaq.

Sutkada 24-saatlıq yayımdan savayı BBC özünün BBC OneBBC Three telekanallarında London olimpiya oyunlarının gündəlik olaraq ən parlaq anlarını göstərəcək, Radio 5`də isə - işıqlandıracaq. Canlı yayımlar da daxil olmaqla BBC Olimpiya oyunlarından 2500 saat teleyayım nəzərdə tutub.

2012-Olimpiadası Londonda iyulun 27-dən avqustun 12-dək keçiriləcək. Britaniya paytaxtı Olimpiya oyunlarının 3 dəfə keçirildiyi ilk şəhər olacaq. Əvvələr London 1908 və 1948-ci illər Olimpiya oyunlarını qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG