Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:09

Ərdoğan Çində Suriya böhranından danışacaq


Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Çində səfərdədir. O, son 27 ildə Çinə gedən ilk türk hökumət başçısıdır.

Ərdoğanı 300 biznesmen müşayiət edir. Görüşlərdə Çin iş adamlarının Türkiyədə investisiya qoyma və Türkiyədən Çinə ixrac imkanları müzakirə ediləcək.

Aprelin 9-da baş nazirin çinli həmkarı Wen Jiabao, aprelin 10-da isə prezident Hu Jintao ilə görüşü nəzərdə tutulub. Rəcəb Tayyıb deyib ki, görüşlərdə əsas müzakirələrdən biri də Suriyadakı siyasi böhran olacaq.

Ərdoğan Pekindən əvvəl uyğurların yaşadığı Sincan Muxtar bölgəsinə baş çəkib.

Rəsmi Ankara bölgədə uyğur türklərinin etiraz nümayişlərinin zorla dağıdılmasına görə Pekini sərt tənqid etmişdi.
XS
SM
MD
LG