Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:43
Yazıçı Elçin Hüseynbəyli "Yolayrıcında qaçış" romanını Sumqayıtdakı oxucuları üçün imzalayıb.

İmza mərasimi Sumqayıt Dövlət Tarix Muzeyində baş tutub.

Yeni dövrdə cəmiyyətdə yaranan əxlaqi aşınmadan bəhs edən, İstanbulda fahişəliklə məşğul olan xalasını öldürməyə yollanan gəncin hekayətini anladan roman kitab kimi çap olunmazdan əvvəl "Oxu zalı"nda da peşəkar tənqidçilərin iştirakı ilə müzakirəyə çıxarılmış, haqqında həm müsbət, həm də tənqidi rəylər bildirilmişdi.

Romandan bir parçanı OXU!

İmza mərasimində Əli Kərim adına Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, əməkdar müəllimə, şairə Ofelya Babayeva, QHT Şurasının sədri, şair Rauf Zeyni, yazıçı Əyyub Qiyas çıxış edərək romanın məziyyətlərindən danışıblar.

V.Yusifli E.Hüseynbəylini "yeni dövrün yazarı" adlandırıb.

Sonda görüş işçtirakçıları muzeydəki eksponatlarla da yaxından tanış olublar.

Muzeyin ziyarəti

Muzeyin ziyarəti

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG