Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:06

Ali məktəblərə ərizə qəbulu başlayır


Aprelin 10-dan Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə ərizə qəbulu başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, sənədlər may ayının 16-na qədər qəbul olunacaq.

Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək.

Universitetlərə ərizə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytı üzərindən aparılacaq.
XS
SM
MD
LG