Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:07

Liviya Qaddafinin oğlunu Haaqa məhkəməsinə verməyəcək


Liviyanın keçmiş rəhbəri Muammar Qaddafinin oğlu Saif al-Islam Qaddafi Beynəlxalq Cinayət Məhkəməyə verilməyəcək.

Liviyanın ədliyyə naziri Ali Ashour deyib ki, Saif al-Islam Qaddafi ölkədə ittiham olunacaq.

O, korrupsiyada, qətllərdə, zorakılıqda ittiham olunur. Saif al-Islam Zintanda gizli həbsxanada saxlanır. Haaqa məhkəməsi isə Saif al-Islamı Tripolidən tələb edir. Məhkəmə Liviyanın Saif al-Islamının təhvil verilməsinin təxirə salınması ilə bağlı xahişini rədd etmişdi.

Ötən il Haaqa məhkəməsi Muammar Qaddafinin, Saif al-Islamın və Liviyanın Qaddafi hakimiyyətində kəşfiyyat rəhbəri postunu tutan Abdullah al-Senussinin həbsinə order vermişdi.

Abdullah al-Senussi də ötən il həbs olunub.
XS
SM
MD
LG