Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:40

Fransa Dəməşqi yeni tələblərinə görə ittiham edir


Fransa Dəməşqin aprelin 10-na qədər qoşununu və hərbi texnikasını çıxarmaq üçün yeni tələblər qoymasını ittiham edib.

Dəməşq bildirib ki, onlar üsyançılardan hökumət qüvvələrinə qarşı vuruşmağı dayandıracaqları ilə bağlı yazılı zəmanət istəyirlər.

Suriya onu da istəyir ki, müxalifətin maliyyələşdirilməsi dayansın.

Atəşkəs BMT-Ərəb Liqasının səfiri Kofi Annanın sülh planının bir hissəsidir.

Müxalifətin birləşdiyi Azad Suriya Ordusu bildirib ki, onlar atəşkəsə əməl edəcəklər.

Ölkədə zorakılığın artması aprelin 5-də BMT Təhlükəsizlik Şurasının qoyduğu atəşkəs tələbi ilə bağlı sualları artırıb.

Dəməşq bildirib ki, Annanla razılaşmadan sonra "terrorçu hucumları"nın sayı artıb.

Müxalif fəallar deyirlər ki, bazar günü Suriya qüvvələri Türkiyə ilə sərhəd yaxınlığında ondan çox adamı öldürüb, yaralılar var.

Papa Benedict Pasxa nitqində Suriyada zorakılığa son qoymağa çağırıb.

BMT Suriyada minlərlə adamın öldürüldüyünü deyir.

Bu ərəfədə Kofi Annanın aprelin 11-də Tehrana səfəri nəzərdə tutulub. İran Suriyanın əsas müttəfiqlərindən biridir.
XS
SM
MD
LG