Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:54

ABŞ gecə basqınlarına rəhbərliyi Əfqanıstana verdi


Əfqanıstanla ABŞ arasında razılaşma imzalanıb ki, yerli qüvvələr mübahisəli gecə basqınlarına cavabdehdir.

Aprelin 8-də memorandum jurnalistlərin qarşısında imzalanıb. Ona Əfqanıstanın Müdafiə naziri general Abdul Rahim Wardak və NATO-dakı ABŞ komandanı general John Allen imza atıb.

Razılaşmaya görə, ABŞ qüvvələri basqınlarda dəstək rolunu oynayacaq.

Wardak bu sənədi Əfqan dövlətinin "milli müstəqilliyə fundamental addım" kimi təsvir edib.

Uzun müddət gecə basqınları Əfqanıstan-ABŞ münasibətlərində ağrılı nöqtə olub. Bir çox əfqan şikayətlənirdi ki, amerikalıların gecə basqınları zamanı özəl həyata müdaxilə olunur, qadınlara qarşı hörmətsizlik edilir.

Ölkə prezidenti Hamid Karzai dəfələrlə gecə basqınlarına son qoyulmasına çağırmışdı.

ABŞ hərbi qüvvələri rəhbərliyi isə hesab edir ki, gecə basqınları Taliban və Əl-Qaidə rəhbərlərini ələ keçirmək üçün mühümdür.

Bir müddət əvvəl bağlanan sazişə görə, ABŞ qüvvələri 2014-cü ilə qədər qoşununu Əfqanıstandan çıxarmalıdır.
XS
SM
MD
LG