Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:02

İsrail Nobel laureatının ölkəyə gəlməsinə qadağa qoydu


İsrail almaniyalı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Guenter Grassa ölkəyə gəlməyə qadağa qoyub. Qadağaya səbəb Guenter Grassın ötən həftə dərc etdirdiyi tənqidi şeir olub.

Grass Qərbi İsrailin nüvə proqramına göstərdiyi münasibətə görə riyakarlıqda ittiham edib. O, İsraili «dünyada artıq kövrək olan sülhə» təhlükə kimi təsvir edib. Guenter Grass antisemit olmaqda ittiham edilir.

İsrail daxili işlər naziri eks-nasistlərə ölkəyə girişi qadağan etməyə icazə verən qanundan istifadə edib. 84 yaşlı Grass 2006-cı ildə bildirib ki, o, 2-ci Dünya Müharibəsinin sonlarında Hitler Almaniyasının hərbiləşdirilmiş gizli xidmətində (SS) qulluq edib.
XS
SM
MD
LG