Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:12

Gənc oğlanı mənzilində başını kəsiblər


Aprelin 8-də Bakıda qətl hadisəsi törədilib. Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Şıxlinski küçəsi ev 47, mənzil 55 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, 26 yaşlı Elmir Soltan oğlu Soltanovun meyiti tapılıb. O, boğazı kəsilərək öldürülüb. Qətlin kimin tərəfindən törədildiyi hələlik məlum deyil.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG