Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:39

Sumqayıtda zavodda partlayış olub.


Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı bildirir ki, hadisə Sumqayıt şəhərində Etilen Polietilen zavodunun E-12 şöbəsinin propilen qaz anbarında qeydə alınıb. Aprelin 8-də anbara qaz dolduran zaman vətəndaşa məxsus, həcmi 20 kub olan «KamAZ» markalı yük avtomobilində ani partlayış baş verib. Nəticədə avtomobilin çəni dağılıb, yaxınlıqda dayanmış digər «KamAZ» markalı qaz daşıyan avtomobillin ventili zədələnib və ətrafa qaz sızması baş verib. Yanğın hadisəsi və dağıntı olmayıb.

Qəza vəziyyəti aradan qaldırılana qədər yanğın avtomobilləri yanğın-təhlükəsizlik tədbirləri məqsədi ilə hadisə yerində növbə çəkib.

Partlayışın baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG