Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:51

Oqtay Gülalıyevin saxlandığı deyilir


Oktay Gülalıyev
Oktay Gülalıyev
-

«Kür» Vətəndaş Cəmiyyəti qərargahının üzvü Oqtay Gülalıyevin saxlandığı deyilir.

Bu haqda AzadlıqRadiosuna cəmiyyətin digər üzvü Mehman Əliyev məlumat verib.

Onun sözlərinə görə, Oqtay Gülalıyev aprelin 8-də Sabirabadın Minbaşı kəndinə gedibmiş. Kür daşqınlarından sonra problemləri həll edilməyən Minbaşı kəndinin sakinləri ötən həftə etiraz aksiyası keçirmiş və yolu bağlamışdılar.

Mehman Əliyev deyir ki, Oqtay Gülalıyev kəndlilərlə görüşdən sonra Sabirabad rayon Polis İdarəsinə aparılıb: «Mənə dedi ki, ona qarşı ittiham irəli sürmək istəyirlər. Guya o camaatı hökumətə qarşı çıxmağa çağırıb, iğtişaş yaratmaq istəyib. Məndən vəkil istədi. Amma artıq onunla əlaqə saxlamaq mümkün deyil. Polis İdarəsinin rəis müavini ilə danışmaq istədim. Rədd etdi».

Sabirabad rayon Polis İdarəsinə zəng vurduq. Amma idarədən Oqtay Gülalıyevin saxlanması haqda məlumatı nə təsdiq, nə də təkzib etdilər.
XS
SM
MD
LG