Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

Nigeriyada törədilmiş 2 partlayışda azı 18 adam ölüb


Nigeriyanın şimalındakı Kaduna şəhərində baş vermiş 2 partlayışda azı 18 adam ölüb.

Bu barədə BBC yerli hakimiyyətə istinadla xəbər verir.

Məlumatlara görə şəhərin mərkəzində minalanmış 2 maşın partladılıb.

Hər iki partlayışı intiharçılar törədib.

Partlayışlardan biri xristian kilsəsinin yaxınlığında törədilib.

Radikal-islamçı Boko Haram qrupu bundan əvvəl katolik və protestantların bu gün qeyd etdiyi Psxa bayramını terror aktlarıyla hədələmişdi.

Bundan əvvəl, Milad bayramında Nigeriyada törədilmiş terror aktlarında 30-dan çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG