Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:42

Şimali Koreya fəzaya balistik raket buraxmağa hazırlaşır


Çinin Ninbo şəhərində Şimali Koreyanın fəzaya balistik raket buraxmaq istəməsi müzakirə olunub.

Görüşdə Çin, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri iştirak ediblər.

Çinin xarici işlər naziri Yan Yeçi (Yang Jiechi) ölkəsinin Koreya yarmadasında baş verən son hadisələrdən narahat olduğunu bildirib.

Həmçinin Yaponiya, Cənubi Koreya və Birləşmiş. Ştatlar bundan əvvəl Şimali Koreyanın bu planından narahatlıq bildiriblər.

Şimali Koreya aprelin 12-də fəzaya balistik raketlə peyk göndərməyi planlaşdırır.

Bu ölkələr hesab edir ki, bu nüvə başlığı daşıyan balistik raketin sınağı ola bilər.

Bu hadisə Koreya Xalq Demokratik Respublikasının banisi Kim İr Senin 100 illik yübleyinə həsr edilib.

Mərasimə onlarla xarici jurnalist dəvət olunub.
XS
SM
MD
LG