Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:19

Pakistanda uçquna düşmüş əsgərlərin adları açıqlanıb


Pakistan komandanlığı qar uçqununda həlak olan 124 əsgər və 11 mülki şəxsin adlarını açıqlayıb.

Axtarış əməliyyatları davam etdirilir.

Pakistan komandanlığın sözçüsü general Athar Abbas AzadlıqRadiosunun Pakistan xidmətinə müsahibəsində bir neçə cəsədin aşkar edildiyini bildirsə də, ölənlərin dəqiq sayı və kimlərinsə xilas edilməsinə aydınlıq gətirməyib.

Şənbə günü səhər 100-dən çox əsgərin olduğu hərbi düşərgəni qar uçqunu basıb.

Bəzi yerlərdə qarın dərinliyi 20 metrdir.

Bu düşərgə Pakistanla Hindistan arasındakı mübahisəli Kəşmir əyalətində yerləşir.

Bu ərazi dəniz səviyyəsindən 6 min metrdən də çox yüksəklikdə yerləşir.
XS
SM
MD
LG