Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:24

Naxçıvanda Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın yubileyi qeyd olunub


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!

Şərq Qapısı
20.03.2012
Sayı: 53(20.458)

BAHAR TALIBOVANIN 85 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR

Martın 17-də Naxçıvan şəhərindəki “Təbriz” otelinin tədbirlər zalında Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın 85 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
...Fədakar əməyi ilə ad – san qazanan, ləyaqətli insan ömrü yaşayan Bahar xanımın keçdiyi ömür yolu sıravi əməkçidən Əmək Qəhrəmanına, adi zəhmət adamından o dövrün yüksək mükafatına layiq görülmüş vətəndaşına çevrilməyin, ən başlıcası isə el – obanın sevimlisi olmağın bariz nümunəsidir. Bahar xanımın sağlam vətəndaş mövqeyi, keçdiyi həyat yolu və ictimai fəaliyyəti gənc nəslə örnəkdir.
...Əmək qəhrəmanı Bahar Talıbovanın fəaliyyəti Azərbaycanın müstəqillik illərində də yüksək qiymətləndirilmiş, o, ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar birliyinin sədri Asim Yadigar Bahar Talıbovaya həsr etdiyi “Bahar” poemasından parçalar oxumuşdur. Sonra Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gülnar Möhsümova Ələddin Eyvazovun “Bahar” poemasından bir hissəni bədii qiraət etmişdir.
Naxçıvan Dövlət Filarmoniyasının xor kollektivi dramaturq və dövlət xadimi Şıxəli Qurbanov tərəfindən 1959-cu ildə qələmə alınmış “Bahar” nəğməsinə Süleyman Ələsgərovun bəstələdiyi mahnını ifa etmişdir.
Sonda tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Nəsillərə nümunə: qayğı dolu bir ömür yolu ” sənədli filminə baxmışlar. Filmdə Bahar Talıbovanın həyat və fəaliyyətindən ətraflı bəhs olunur.
CARI İLİN İLK İKİ AYI ÜZRƏ MUXTAR RESPUBLİKANIN SOSİAL – İQTİSADİ İNKİŞAFI
Cari ilin yanvar – fevral ayları ərzində muxtar respublikada tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 34 obyekt istifadəyə verilmiş, 104 obyektin isə tikintisi və ya əsaslı təmiri davam etdirilməkdədir.
Bu ilin yanvar – fevral aylarında muxtar respublikada 11 milyon manata yaxın həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələmişdir.
Cari ilin yanvar – fevral aylarında muxtar respublikada 2,8 min ton ət, 4,5 ton süd, 13,1 milyon ədəd yumurta istehsal olunmuşdur ki, bu da 2011-ci ilin yanvar – fevral aylarındakı göstəriciləri müvafiq olaraq 2,7 faiz, 1,6 faiz və 2,2 faiz üstələmişdir.
Qeyd olunan dövrdə muxtar respublikada əhalinin gəlirləri 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz artaraq 200 milyon manata çatmış, onun hər bir nəfərə düşən həcmi isə 3,9 faiz yüksələrək 477 manat təşkil etmişdir.
1 mart 2012-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 13004-ə çatmışdır ki, bunun da 10143-ü və ya 78 faizi aktiv hesablardır. Bu ilin ilk iki ayı ərzində açılmış 554 bank hesabının 554-ü də aktiv olmuşdur.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Milli birlik və həmrəylik bayramı
- Arpaçay Su Elektrik Stansiyasının inşası davam etdirilir
- Bayram ərəfəsində ahıllar yad edilib
- Muxtar respublikada rabitə və informasiya texnologiyaları sürətlə inkişaf edir
XS
SM
MD
LG