Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 10:02

Müsavatın nümayəndəsi partiya fəalına 11 sutka həbs verildiyini deyir


Aprelin 7-də saxlanılan Müsavat partiyası Gənclər Təşkilatının iki üzvündən biri Elnur Əsgərliyə 11 sutka həbs verildiyi bildirilir.

Adının çəkilməsini istəməyən digər partiya üzvü isə 51 manat cərimə olunaraq sərbəst buraxılıb.

Bu barədə AzadlıqRadiosuna Müsavatın başqan müavini Gülağa Aslanlı məlumat verib.

Elnur Əsgərli səhər saatlarında Binəqədi rayonu ərazisində İctimai Palatanın 8 aprel mitinqi ilə bağlı vərəqə paylayarkən saxlanılıb.

Partiyanın Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlının sözlərinə görə, polisdə onlara 8 aprel mitinqinin icazəli aksiya olmasından xəbərsiz olduqlarını deyiblər.

Binəqədi polis idarəsi məlumatı təsdiqləmir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə AzadlıqRadiosuna deyiblər ki, məlumatı dəqiqləşdirməyə çalışırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG