Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:31

«Azərsu» 2 mindən çox ağac əkdi


«Azərsu» Acıq Səhmdar Cəmiyyəti ekoloji vəziyyətin yaxşılaşdırılması və abadlıq işlərinə dəstək məqsədilə tədbir keçirib.

Qurumun mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, aprelin 7-də «Azərsu» ASC-nin bütün idarə və müəssisələrində iməciliklər keçirilib. Ağacəkmə kampaniyasında 2 mindən çox zeytun, şam və digər növ ağac əkilib, mərkəzi su anbarlarının, idarə və müəssisələrin ərazisində abadlıq işləri aparılıb. Eyni zamanda mövcud ağaclara qulluq göstərilib.

Yaz mövsümü ilə əlaqədar «Azərsu» ASC-nin istehsalat sahələrinin yaşıllaşdırılması və abadlaşdırılması tədbirləri davam etdiriləcək. Bu məqsədlə aprel ayının qarşıdakı şənbə günlərində də «Azərsu» ASC-nin bütün idarə və müəssisələrində iməciliklərin keçirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG