Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:41

Mali üsyançıları hakimiyyəti mülki hökumətə qaytarır


Mali üsyançılarının lideri hakimiyyəti milli assambleyanın rəhbərinə verməyə hazır olduqlarını bəyan ediblər.

Kapitan Amandu Sanoqo cümə günü Qərbi Afrika ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndələrilə görüşdükdən sonra ölkədə konstitusyon qaydaları bərpa etmək fikrində olduğunu bildirib.

Hələlik andiçmə məırasiminin vaxtı təyin edilməyib.

Mali konstitusiyasına görə əgər prezident ölkəni idarə edə bilmirsə, hakimiyyət milli assambleyanın sədrinə keçir.

Martın 22 də hərbçilər ölkədə çevriliş edib.

Onlar mülki hakimiyyəti, separatçı Tuareq tayfasıyla bacara bilməməkdə ittiham edirlər.

Tuareq üsyançıları isə vəziyyətdən istifadə edərək bu arada ölkənin şimalındakı Azavad regionunda müstəqilliklərini elan ediblər.

Artıq Avropa və Afrika Birliyi Azavadın müstəqilliyini tanımadıqlarını bəyan ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG