Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:21

Patriarxının bahalı saatı başına bəla olub


Foto-şəklin orijinalı - 2009
Foto-şəklin orijinalı - 2009
Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kirilin lüks «Breguet» markalı qol saatı onun başını yenə dərdə salıb. 30 min avro qiyməti olan həmin saat ilk dəfə 3 il əvvəl Kirilin biləyində görünəndə, bu, ictimaiyyətdə böyük səs-küy yaratmışdı. 3 il sonra «Breguet» Patriarxı yenə yaman pis vəziyyətdə qoyub – bu dəfə qəfildən biləyindən «yoxa çıxması» ilə.

Kilsənin rəsmi saytı 2009-cu ildə Patriarxın bahalı saatla çəkilmiş fotosunu fotoşop proqramı ilə montaj edərək, saatı Kirilin qolundan silib. Ancaq bu zaman montaj edən böyük bir səhvə yol verib. O, şəkildən saatı silsə də, saatın masanın üzərinə düşən əksini silməyi unudub.

Foto-şəklin orijinalı 2009-cu ilin iyuluna aiddir. Onun montaj edilmiş versiyası isə sayta apreldə yerləşdirilib və dərhal bloqqerlərin diqqətini cəlb edib.

KORPUSU AĞQIZILDAN, KƏMƏRİ TİMSAH DƏRİSİNDƏN

Saatın korpusunun ağqızıldan, kəmərinin isə timsah dərisindən olduğu bildirilir. Kiril bu saatı ona kilsənin varlı bir üzvünün hədiyyə etdiyini, ancaq onu heç vaxt qoluna taxmadığını və daim qutusunda saxladığını söyləyirdi.
Patriarx Kiril
Patriarx Kiril
İndi bloqqerlər deyirlər ki, israfçılıqdan, izafi xərclərdən uzaq durmaq barədə Patriarxın çağırışlarına onun özünün də riayət etməsi pis olmaz.

«CADILLAC» MARKALI İKİ AVTOMOBİL

Rusiya Pravoslav Kilsəsi bu yaxınlarda çıxarılmış bir məhkəmə qərarına görə də ictimai qınağa tuş gəlib. Keçmiş Səhiyyə naziri Yuri Şevçenkonun mənzili təmir edilərkən toz bir mərtəbə aşağıda yerləşən Patriarxın mənzilindəki bahalı mebelləri yararsız hala salıb. Buna görə də məhkəmə keçmiş naziri Patriarxın mənzilində qeydiyyatda olan şəxsə 20 milyon rubl (690 min dollar) cərimə ödəməyə məcbur edib.

Kiril bu mənzilin də ona hədiyyə verildiyini söyləyib. Çox güman ki, sahib olduğu «Cadillac» markalı iki avtomobil də ona hədiyyədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG