Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:58

Sulutəpə - Xocasən yolu ətrafındakı evlər sökülür [VİDEO]


Sulutəpə - Xocasən yolu ətrafındakı evlər sökülür
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

Sulutəpə - Xocasən yolu ətrafındakı evlər sökülür

Aprelin 6-da Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşları Xocasən - Sulutəpə yolu ətrafında yerləşən evlərin bəzilərini sökməyə başlayıblar.

Sakinlərin sözlərinə görə bir neçə saat ərzində 15-ə yaxın evin hasarı dağıdılıb.

Hadisə zamanı xəsarət alanlar da olub.

Evlərinin qanunsuz və məhkəmə qərarı olmadan söküldüyünü deyən sakinlər yaşadıqları ərazidəki yolu bağlamağa cəhd ediblər.

Polis sakinləri avtomobil yolundan uzaqlaşdırıb.

Bir neçə gün öncə Sulutəpə yaşayış massivində evlərin sökülməsinə başlanılıb. Söküntü 4-cü neft mədəni ərazisində aparılıb.

Aprelin 4-də jurnalistlərə açıqlama verən ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib ki, neftli ərazilərdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) neft-qaz əməliyyatlarına mane olan bütün qanunsuz tikililər söküləcək.
Onun sözlərinə görə, hazırda ARDNŞ-ın elə əraziləri var ki, orada neft quyularına yaxınlaşmaq, onları idarə etmək və hasilata nəzarət etmək mümkün deyil: «Buna görə də hasilata birbaşa mane olan qanunsuz tikililər söküləcək».
R.Abdullayev əlavə edib ki, söhbət yaşayış olan evlərdən getmir:
«Son vaxtlar bütün qadağalara və ciddi tədbirlərə baxmayaraq, həmin ərazilərdə tikinti işləri yenə də davam etdirilir. Bu vəziyyətdə bizim əsas işimiz köhnə tikililərin sökülməsindən çox yeni tikililərə imkan verməməkdir. Bu ərazilərdəki bəzi sakinlər qanunsuz tikililəri hətta gecələr tikir və tikinti başa çatandan sonra bu evlərdə artıq neçə illərdir yaşadıqlarını iddia edirlər. Amma bizi bu məsələdə aldatmaq mümkün deyil. Çünki əlimizdə bu ərazilərin kosmosdan peyk vasitəsilə fasiləsiz çəkilən şəkilləri var. Hansı tikintinin nə vaxt və hansı saatda tikildiyini bilirik».
XS
SM
MD
LG