Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:26

Sarayevonun serblər tərəfindən mühasirəsindən 20 il ötür [FOTOSESSIYA]


Stana Cisic, əri Samir və qızı İrina

Stana Cisic, əri Samir və qızı İrina

Aprelin 6-sı Sarayevonun serb qoşunları tərəfindən mühasirəyə alınmasından 20 il keçir. 20 il bundan əvvəl Bosniya serbləri şəhəri 44 ay mühasirədə saxlayıb. Həmin vaxt şəhərə ərzaq, elektrik verilmirdi. Sarayevo dayanmadan minomyotlardan atəşə məruz qalırdı.

43 yaşlı Stana Cisic çox gülərüz qadındır. O, elə gülərüzdür ki, adam bir anlığa bu qadının mühasirə vaxtı körpəsinin snayper gülləsi ilə qətlə yetirildiyini təsəvvür edə bilmir. Stana`nın əri Samir deyir ki, həyat yoldaşı həmişə dik dayanmağı bacarıb. Stana 1993-cü ilin oktyabrında körpəsinin necə öldürüldüyünü danışdıqca, göz yaşları axır:

«ATIŞMA OLMAYANDA, GƏZMƏYƏ ÇIXIRDIQ»

«Qızımın bir yaşı tamam olmasından 4 gün keçmişdi. Gəzməyə çıxmışdıq. Hava çox yaxşı idi. Adətən atışma olmayanda, gəzməyə çıxırdıq. Həmin gün körpəm snayper gülləsinə tuş gəldi. Tez xəstəxanaya qaçdıq. Onu təcili əməliyyat etdilər. Həkimlər əllərindən gələni etsələr də, onu xilas edə bilmədilər. Samirin qollarında öldü».

Stana`nın qızı İrina Sarayevonun 44 aylıq mühasirəsi zamanı qətlə yetirilmiş yüzlərlə uşaqdan ancaq biridir. Bu mühasirə Avropanın tarixində ən uzun mühasirədir. Sarayevonun mühasirəsi İkinci Dünya müharibəsindəki Leninqrad mühasirəsindən bir il çoxdur. Ən dəhşətlisi odur ki, mediada işıqlandırılmasına və BMT qoşunlarının burada olmasına baxmayaraq, beynəlxalq ictimaiyyət bu mühasirəyə səssiz qalmışdı.

Sarayevonun mühasirəsində 11541 adam həlak olub

Sarayevonun mühasirəsində 11541 adam həlak olub

11541 QIRMIZI STUL DÜZÜLƏCƏK

İndi Sarayevoda şəhərin mühasirəsinin 20 illiyi ilə əlaqədar xatirə tədbirləri keçirilir. Anım mərasimini təşkilatçısı - teatr direktoru Haris Pasovic deyir ki, şəhərdəki əbədi məşəl ətrafına 11 541 qırmızı stul düzüləcək. Sarayevonun mühasirəsində 11541 adam həlak olub:

«Bu insanlar yaşasaydılar, mühəndis, fəhlə, aşpaz, çörəkçi kimi öz şəhərlərinə töhfə verəcəkdilər. Onlar bu şəhəri sevdiklərinə görə öldürüldülər».

Sarayevoda hələ də müharibənin izləri qalır. Yeni göydələnlər, ticarət mərkəzləri, təzə məscidlərlə yanaşı, müharibə vaxtı güllə və minomyot zədəsi almış binalar da qalır. Müharibə vaxtı dağıdılan Milli Kitabxana da hələ bərpa olunmayıb.

ÖLKƏ 16 AY HÖKUMƏTSİZ QALIB

Esad Pozder bazarda

Esad Pozder bazarda

Sarayevo sakinləri deyir ki, şəhərdə acınacaqlı vəziyyət 1995-ci ildə imzalanmış Deyton sazişinin miras qoyduğu idarəetmənin nəticəsidir. Bərabər etnik təmsilçilik əsasında yaradılan Bosniya hökuməti işlək deyil. Bir-biri ilə mübarizə aparan etnik partiyaların mübahisələri üzündən bu yaxınlarda ölkə 16 ay hökumətsiz qalıb.

72 yaşlı Sarayevo sakini Esad Pozder 1995-ci ilin avqustunda şəhərin mərkəzindəki bazarda baş vermiş gülləborandan sağ çıxan tək-tük adamdan biridir. Həmin vaxt bazara düşən minomyot 31 nəfərin ölümünə səbəb olmuşdu.

E.Pozder böyük bacısını və yaxın dostunu da itirmişdi. Bu gün bazar yenə qələbəlikdir. Bazarın arxasında hadisə zamanı həlak olanların adı yazılmış qırmızı divar var. O hadisədən sağ çıxanlar deyir ki, bu bazara qayıtmaq onlar üçün asan olmayıb. Pozder isə həmin vaxt olduğu kimi kələm yox, armud satır. O deyir ki, bosniyalılar, xorvatlar və serblər əvvəlki kimi bir yerdə yaşamalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG