Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:11

Yeni həftəlik qəzet nəşrə başladı


Aprelin 6-dan Azərbaycanın media məkanına yeni qəzet daxil olur.

Azərbaycan və rus dillərinə çap olunan, 24 səhifəlik «New Baku Post» qəzetinin təsisçisi Tural Əliyev, baş redaktoru Tofiq Abbasov, rus bölməsinin baş redaktoru isə Kənan Quluzadədir.

Qəzetin baş redaktoru Tofiq Abbasovun Ans Press-ə verdiyi məlumata görə, hər həftənin cümə günü işıq üzü görəcək nəşr bir çox baxımdan Azərbaycan media məkanına yeniliklər gətirəcək. Belə ki, tirajı 10 min olan qəzet oxuculara pulsuz paylanacaq. «New Baku Post» qəzeti ali məktəblər, müxtəlif nazirliklər, biznes mərkəzləri, iri supermarketlər də daxil olmaqla Bakının 50-yə yaxın nöqtəsində paylanır. Qəzeti yaratmaqda əsas amal isə Azərbaycanda yeni sözün deyilməsidir.

«Biz bilirik ki, hazırda gənc nəsil qəzet oxumağa bir o qədər də meyl östərmir. Buna görə də «New Baku Post» qəzetini yaratmaqla biz cəmiyyətdə yeni mükamilə meydanı yaratmaq istəyirik. Biz bu qəzeti ümumxalq qəzeti formasında görürük. «New Baku Post» qəzetində ictimai proseslərə, siyasi məqamlara, sosial problemlərə, idmana, humanitar sahəyə bir sözlə, ümumilikdə bütün sahələrə yer ayrılacaq», - deyə Tofiq Abbasov bildirdi.

Qəzetin maliyyə məsələsinə gəlincə Tofiq Abbasov «New Baku Post»un biznes-layihə olduğunu və reklamlar hesabına ayaqda qalmağı düşündüklərini qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG