Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:01

Hesablama Palatasının Milli Məclisə hesabatı


Milli Məclis
Milli Məclis
«Ölkədə tender sistemi pis işləyir. Nazirliklər tenderi düzgün aparmırlar. Mənimsəmələr də burdan başlayır».

Deputat Zahid Oruc Milli Məclisdə Hesablama Palatasının hesabatına münasibət bildirərkən belə deyib.

Aprelin 6-da Hesablama Palatasının sədri Heydər Əsədov qurumun ötən ilki fəaliyyəti ilə bağlı parlamentə hesabat verib. O, rüsumdan yayınmalardan, debitor borcların yaranma səbəblərindən və investisiya sahəsində düzgün qiymətləndirmə aparılmamasından danışıb.

Heydər Əsədov deyib ki, audit prosesinə hələ də səriştəsiz təşkilatların cəlb olunması, təhsil, səhiyyə sahəsində artıq ştat vahidlərinin saxlanılması halları davam edir.

«25 NƏFƏR VƏZİFƏLİ İŞDƏN ÇIXARILIB»

Palata sədrinin dediyinə görə, hesabat müddətində dəymiş ziyanla bağlı yüz min manatlarla vəsaitin büdcəyə ödənilməsi təmin edilib:

«Apardığımız yoxlamalar zamanı işdən çıxarılanların sayı ümumilikdə iki nazirliyin strukturunda çalışanların sayına bərabərdir. Çıxarılanların 25 nəfəri vəzifəli şəxsdir. 1 yüksək vəzifəli şəxs işdən çıxarılıb, 1 nəfər aşağı vəzifəyə göndərilib, 50 nəfərə töhmət verilib, 2 cinayət işi açılıb. İradlardan nəticə çıxarmayan qurumların maliyyələşdirilməsinin dayandırılması barədə Maliyyə Nazirliyi qarşısında məsələ qaldıracağımızı da burada bəyan edirəm».

Deputat Qüdrət Həsənquliyev isə mətbuatda büdcə mənimsəmələriylə bağlı gedən məlumatların araşdırılmasından danışıb. Onun fikrincə, Hesablama Palatası bu yöndə də məlumatlara aydınlıq gətirməlidir.

Hesablama Palatasının Prokurorluğa göndərdiyi məlumatlar əsasında yaxın günlərdə daha bir neçə nəfər həbs edilməlidir. Bunu qurumun sədri Heydər Əsədov deputatların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Palatanın prokurorluq orqanlarına göndərdiyi faktlardan sonra bir neçə nəfər həbs edilib və daha bir neçə nəfərin həbsi gözlənir.

Hesablama Palatasının illik hesabatı Milli Məclisdə səsə qoyulub və qəbul edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG