Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:18

BMT TŞ Suriyanı vədlərini yerinə yetirməyə çağırıb


BMT Təhlükəsiz Şurası Suriya hakimiyyətini verdiyi vədləri yerinə yetirməyə çağırıb.

Bəyanatda bildirilir ki, Bashar Assad rejimi aprelin 10-a qədər vədinə uyğun olaraq ölkədəki zorakılıqlara son qoymalı, əhaliyə humanitar yardım göstərməlidir.

Rəsmi Dəməşq aprelin 1-də BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annanın sülh planının qəbul etdiyini bildirmişdi. Annan bir daha Suriyadakı tərəfləri zorakılıqlara son qoyub siyasi dialoqa başlamağa çağırıb.
XS
SM
MD
LG