Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:59

Arağın üstündə “Allah” sözü


"Allah" sözünə istinad edən araq şüşəsi, Qazaxıstan

"Allah" sözünə istinad edən araq şüşəsi, Qazaxıstan

Qazaxıstanda belə arağı istehsal edən şirkət əhalidən üzr istəyib

Qazaxıstanda araq istehsal edən şirkəti əhalidən üzr istəyib. GEOM şirkəti buraxdığı araq şüşəsinin üzərində ərəb dilində “Allah” sözünün səhvən getdiyini bildirib.

Qazaxıstanın Ali Müftisi Absattar Derbisaliev Almatının mərkəzi məscidində araq istehsalçısının göndərdiyi məktubun mətnini səsləndirib. Məktubda bildirilir ki, şüşənin üstündə yazılan “Allahın qüdrəti hər kəsə yetər” cümləsi ərəb dilində olduğundan, araq etiketinin rusiyalı dizaynerləri onun mənasını anlamayıblar.

AzadlqıRadiosunun xəbər verir ki, istehsalçı üzərində “Allah” sözü olan şüşələrin hamısını satışdan çıxaracağını vəd edib.

Əhalisinin əksəriyyəti müsəlman olan Qazaxıstanda dini liderlər “Allah” sözünün araq şüşəsi üstündə yazılmasına kəskin reaksiya vermiş, istehsalçıdan izahat tələb etmişdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG