Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:24
Bu gün - aprelin 6-da Milli Məclisin növbəti iclası keçirilir. Parlamentin sədri Oqtay Əsədov çıxışında «Avronest» Parlament Assambleyasının Bakıda keçirilən İkinci Növbəti Sessiyasından danışıb. O tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

«Azərbaycan nümayəndə heyəti Ermənistana gedəndə problemlər yaratmışdılar. Azərbaycan isə Ermənistan nümayəndə heyətinin belə problemlə üzləşməməsi üçün bütün lazımi şəraiti yaratdı. Amma bununla belə ermənilər bəhanələr tapıblar.

Bu gün erməni qəzetləri yazırlar ki, guya Azərbaycan prezidenti erməniləri faşist adlandırıb. Amma prezident deyib ki, Xocalıda baş verənləri törədənlər barbar və faşistlərdir. Əgər ermənilər Xocalıda baş verənləri öz üzərilərinə götürürlərsə, onda erməni xalqı faşistdir».

İlham Əliyev aprelin 3-də Bakıda, «Avronest» Parlament Assambleyasının sessiyasında çıxışında demişdi: «Xocalı soyqırımı barbarlıq aktı və faşizm təcəssümüdür Bu, XX əsrin sonunda baş verən ən böyük faciədir. Bu gün müxtəlif ölkələrin parlamentləri bu məsələni müzakirə edir. İki parlamentdə Xocalı faciəsi məhz soyqırımı aktı kimi qeyd edilib. Əminəm ki, bu məsələ, həmçinin digər parlamentlərin qərarlarında da öz əksini tapacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG