Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:40

Bulvar işçilərinin, kafe və restoranların «Eurovision», İctimai Palatanın isə mitinq hazırlıqları...


Mətbuat icmalı

Mətbuat icmalı

«MİTİNQLƏRDƏ YA ÇOX, YA DA LAP ÇOX ADAM İŞTİRAK EDƏCƏK»

Aprelin 6-da çıxan qəzetlər sonuncu İctimai Palatanın bazar günü mitinqinə xüsusi diqqət çəkiblər.

«Azadlıq» qəzetinə müsahibə verən AXCP sədri Əli Kərimli deyib: «Mübarizəmiz artan xətlə davam edəcək». Onun fikrincə, milyonların azadlığa çıxması üçün ən azı on minlər meydana çıxmalıdır.

«Mitinqlərimiz davamlı olacaq. Mitinqlərdə ya çox, ya da lap çox adam iştirak edəcək. Aksiyalara az adamın gəlməsi nəzərdə tutulmur. Mübarizəmiz davamlı olacaq. Ümumiyyətlə, Azərbaycan yeni mərhələyə başlayır».

8 APREL MİTİNQİNDƏN GÖZLƏNTİ

«Bizim yol» qəzetinin «Müxalifətin imtahan günü» adlı məqaləsində deyilir: «8 aprel mitinqi müxalifət üçün böyük önəm kəsb edir. Aksiyada kütləvilik təmin olunmayacaqsa və mitinq zamanı yeni texnologiyalardan istifadə edilməyəcəksə, bu iqtidar opponentlərinin əleyhinə işləyəcək. Əgər düşərgə çoxminli etiraz aksiyası keçirə biləcəksə, ehtimal etmək olar ki, mitinqlər mütəmadi xarakter alacaq. Bu isə protest elektoratının mobilizə olunmasına səbəb ola bilər».

QOHUM-ƏQRƏBALI İCTİMAİ PALATA

«Yeni Azərbaycan» qəzeti isə YAP-çı deputat Siyavuş Novruzovun müxalifətin mitinqiylə bağlı fikirlərini dərc edib: «İctimai Palatanın mitinqində 700-800 nəfər iştirak edəcək. Onlar da müxalifətçilərin qohumları, dost-tanışları olacaq».

MƏCBURİ KÖÇKÜNLƏRİN MƏSKUNLAŞMASI ÜÇÜN 2 DƏFƏ ARTIQ VƏSAİT AYRILIB

«Yeni Azərbaycan» qəzeti Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Ayaz Orucovla da müsahibə verib. O deyib ki, prezident İlham Əliyev məcburi köçkün ailələrinin daha sürətlə məskunlaşması üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna keçən illərdəkindən fərqli olaraq 2 dəfə artıq – 300 milyon manat vəsait ayırıb. «Bunun müqabilində 5 minə yaxın ailə, haradasa 25 min məcburi köçkün yeni, günün tələblərinə cavab verən, bütün texniki-iqtisadi infrastrukturla təmin olunmuş məhəllə və qəsəbələrdə məskunlaşacaq».

Rəsmi «Azərbaycan» qəzeti prezident İlham Əliyevin Çexiya səfərindən ətraflı reportaj dərc edib.

BAKIDA İNGİLİS DİLLİ KAFE VƏ RESTORANLAR

«Yeni Müsavat» qəzeti yazır: «Bakının restoranları da «Eurovision»a hazırlaşır». Bakı şəhər İcra Hakimiyyətindən qəzetə bildiriblər ki, maydan paytaxtdakı kafe, restoran, bar və klublar 24 saat xidmət göstərəcəklər. «Bütün obyektlərdə menyular ingilis dilində tərtib olunacaq, qonaqlara xarici dil bilən işçilər xidmət göstərəcək».

Dənizkənarı Milli Bulvar İdarəsindən Nazim Məmmədov da bütün işçilərin dil kurslarına göndərildiyini bildirib. «Bundan başqa, hər yerdə post-terminallar quraşdırılacaq».
XS
SM
MD
LG