Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:34

Silah alverçisi 25 il azadlıqdan məhrum edilib


Nyu-York məhkəməsi rusiyalı silah alverçisi Viktor Boutu 25 il azadlıqdan məhrum edib. Məhkəmə onu Kolumbiyanın terror qruplaşmasına silah satmaqda günahkar bilib. Kolumbiyalı qruplaşma bu silahlardan Amerika əsgərlərinin qətli üçün istifadə edəcəkmiş.

45 yaşlı keçmiş sovet zabiti Viktor Bout silah ticarəti ilə məşğul olub. O. 2008-ci ilin yazında Tailandda həbs olunmuşdu. 2010-cu ilin sonlarında Tailand hakimiyyəti onu ABŞ-a təhvil vermişdi.

Viktor Boutun vəkili hökmdən apelyasiya şikayəti verəcəyini bildirib.
XS
SM
MD
LG