Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:33

İran nüvə danışıqlarının Türkiyədə olmasını istəmir


İran nüvə proqramı ilə bağlı danışıqların Türkiyədə keçirilməsini istəmir. İranın Xarici Siyasət Komitəsinin rəhbəri Alaeddin Boroujerdi danışıqların Bağdadda keçirilməsini təklif edib.

Türkiyə Baş naziri Recep Tayyip Erdogan isə bildirib ki, İran səmimi olmadığı üçün beynəlxalq nüfuzunu itirir. ABŞ Dövlət Katibi Hillary Clinton da aprelin 5-də İranı Qərblə nüvə proqramı barədə danışıqlarda tələsməyə və nüvə silahı hazırlamadığını sübut eləməyə çağırmışdı. Clinton danışıqların aprelin 13-ü, ya 14-də İstanbulda keçiriləcəyini desə də, Rusiya və İran yer və vaxt məsələsinin razılaşdırılmadığını bildirir.
XS
SM
MD
LG