Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:38

ABŞ - Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 20 illiyi qeyd olunub


Azərbaycan istər bu bölgədə, istərsə də dünyada ABŞ-ın güclü tərəfdaşıdır. Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin yaranmasının 20-ci ildönümü münasibətilə keçirilən tədbirdə Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq belə deyib.

A. Sterlinqin sözlərinə görə, iki ölkə arasında əlaqələr təhlükəsizlik, enerji, demokratik və iqtisadi islahatlar sahəsində ortaq maraqlara əsaslanır.

Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev, diplomatik korpus təmsilçiləri, habelə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mattew Bryza da iştirak edib.
XS
SM
MD
LG