Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:28
Tanınmış müğənninin ölü tapıldığı vanna otağında ağ maddə tapılıb.

Onun kokain olduğu xəbər verilir.

«Reuters» Agentliyi bu xəbəri məhkəmə ekspertizasının tam hesabatına dayanaraq yayıb.

Otel otağında axtarış aparan detektivlər Houston-un ölü tapıldığı vannada adətən kokain qəbul edənlərin işlətdiyi əşyalarla da—kağızdan düzəldilmiş borucuq, üstündə ağ maddə qalığı olan kiçik qaşıq və güzgü ilə rastlaşıblar.

Məhkəmə-tibb ekspertizasının 40 səhifəlik hesabatı ünlü müğənninin ölümündən əvvəl içki və marixuana qəbul etdiyini təsdiqləyib.

Hesabatda köməkçisinin müğənnini dolu vannada üzü üstə tapdığı da qeyd olunub.

Keçən ay açıqlanandan fərqli olaraq son hesabatda Houston-un kokain qəbul etdiyi və bu səbəbdən ürək çatışmazlığından boğulduğu qənaətinə gəlinib.

Hesabatda müğənninin uzun zaman uyuşdurucu qəbul edənlərə xas olan bir burun quruluşuna sahib olduğu da qeyd edilib.

Xatırladaq ki, Whitney Houston bu il fevralın 11-də Los Angeles-də Beverly Hilton otelində ölü tapılıb.

49 yaşlı müğənni bu şəhərə «Gremmy» mükafatının təqdimatına gəlibmiş.

İlk ekspertiza onun vannada boğulduğu qənaətinə gəlib.

Houston fevralın 19-da New-Jersey-də Westfield şəhər qəbiristanlığında dəfn olunub.

Onun məzarını məşhur filmindəki kimi cangüdənlər qoruyur.
XS
SM
MD
LG