Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:37

Türkiyədə neft kəməri partlayış nəticəsində bağlanıb


Türkiyənin cənub-şərqində partlayışlar nəticəsində iki kəmərdən biri bağlanıb. Həmin kəmər İraqdan nefti Aralıq dənizi limanlarına daşıyırmış.

Rəsmilərin bildirdiyinə görə, cümə axşamı Türkiyənin Şırnak vilayətində İdil şəhəri yaxınlığındakı kəməri boyunca müxtəlif yerlərdə baş verən partlayışlar yanğın törədib. Bir türk rəsmisinin deyib ki, yanğın söndürülüb və İraqın şimalındakı Kərkük şəhərindən Türkiyənin Ceyhan limanına axan neft ikinci, paralel kəmərə yönəldilib.

Partlayışların səbəbi bilinmir, kəmərin nə vaxt yenidən açılacağı da bəlli deyil.

Türkiyənin cənub-şərqindəki qiyamçı kürdlər bu kəməri əvvəllər də bombalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG