Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:38

Məmməd İsmayıl: “Millәtin heç olmasa tәk bircә şairi susmayıbsa, bu da az deyil”


...Yoxsa sən, qara paraları ağlartmaq üçün ucaldılan binaları, ya da birilərinin gözünə xoş gəlmək üçün küçəyə baxan yerləri ağardılan binaları görüb nələrinsə dəyişdiyini düşünəcəyimi fikirləşirsən? Bütün bunlara üstübəzək, altıtəzək yeniliklər demək olar...


Bir vaxtlar “Gənclik” jurnalında gənclərə geniş meydan verən Məmməd İsmayıl indi qardaş Türkiyədə yaşayır. Bir neçə gün əvvəl hələ orta məktəb illərindən sevdiyim şairlə internetdə tanış olduq. Qısa söhbətdən sonra müsahibə verməyə razılaşdı.


- Ustad, əhvalınızdan başlayaq. Necəsiniz?

- Sağ ol, oğlum, rəhmətlik Azaflı Mikayıl demişkən dünənkindən pis, sabahkından yaxşıyam.

- Özünüzlə Azərbaycan sözündən nəyi götürüb getdiniz? Sizsiz qalan nə oldu?

- Su bulaqdan axıb gedir, bulaq baxa-baxa qalır! Mənə elə gəlir ki, götürə bildiyimdən də artıq bir şeylər götürdüm. Çünki Azərbaycanda sözdən başqa nəyim vardı ki, nə də götürəydim. Götürdüyüm uşaqlıqdan canıma hopmuş ölümsüz söz oldu:

Keçib gəldim neçə-neçə ölümdən,
Yaşamadım, yaşatmağı bacardım.
Sözdən qeyri nə gəlirdi əlimdən
Ürəyimi boşaltmağı bacardım...


Mənsiz qalan isə əlli üç il dişimlə-dırnağımla yaratdığım auram, köçəri quş yuvası kimi sahibsiz, qəfil rüzgarlara tuş gәlәn boş qalan yerim oldu.

- Niyə “bu xalqın danışan dili” olmadınız ki? İstəmədilər, yoxsa yoruldunuz?

- Ayrıldım yad çıxan səs kimi xordan,
Daldan “nə işin var” sorğusu gəldi.
Haraya üzümü tutdumsa, ordan
Çəkilməz kəsafət qoxusu gəldi.


Mən bəlkə Azərbaycanda yaradılan çəkilməz kəsafətdən baş götürüb kimsənin sayeyi-kəramətinə ehtiyacım olmadan “bu xalqın danışan dili” olmaq üçün getdim qürbәtә. Daxili özgürlüyümü zahiri və keçici şan-şöhrətə, eyş-işrətə dəyişmədim.

- Sizin üçün sürgün yeri haradır?

- Mənim məlum “Sürgün yeri” şerim var. Əslində dünyanın özü bir sürgün yeridir:

Dünya- sürgün yeridir.
Yenilik- köhnәlikdir,
Әnәnә –qayıdışdır.
Sabah tәzә gün deyil
Dünәnә qayıdışdır.
Ölüm, ölmәk deyil ki,
Vәtәnә qayıdışdır..


- Yaxınlarda Azərbaycanda oldunuz. Nə dəyişib siz gedəndən? Yoxsa elə həmin ölkədir?

- Böyük Çin düşünürü Konfutsinin məlum bir kəlamı var, o deyir ki, “bir oğru millətin başına bir doğru başçı gətirsən o millət dönüb doğru millət olar, yaxud əksinə bir doğru millətin başına bir oğru başçı gəlsə o millət dönüb oğru millət olur”. Millət sudur, onu
Cəlil Cavanşir
Cəlil Cavanşir
yönləndirənlər suçu. Bu gün mənim bədbəxt millətimi yönləndirənlər kimlərdir? Başqa ölkələrə baxsanız, orada iş adamlarının başqa, millət vəkillərinin başqa, siyasətçilərin başqa, oğruların başqa olduğunu görərsiniz. On doqquz ildir Azərbaycan coğrafi məkanını yuxarıda sadaladığım özəllikləri özündə birləşdirən bir mafyoz qurup yönləndirir. Belə olduqdan sonra sən hansı dəyişiklikdən söhbət edə bilərsən. Yoxsa sən, qara paraları ağlartmaq üçün ucaldılan binaları, ya da birilərinin gözünə xoş gəlmək üçün küçəyə baxan yerləri ağardılan binaları görüb nələrinsə dəyişdiyini düşünəcəyimi fikirləşirsən? Bütün bunlara üstübəzək, altıtəzək yeniliklər demək olar. Ən ağrılı dərd isə buna “aydın” adlanan zümrənin də adaptasiya olmasıdır! Bir bədəndə iki rejmi yaşadan yaşlı aydınlar nəsli nəfslərinə imtahan verib çoxdan kəsildilər, ustad örnəyinə həsrət qalan gənc nəsil isə “Burada mənəm, Bağdada kör xəlifə” durumunda, siçan olmamış dağarcıq yırtmaq sevdasında! O günüsü bir gәnc köşә yazarının Ramiz Rövşәn haqqında solaxay bir cümlәsini oxudum “Ramiz Rövşәn …filankәsin әlinә su tökmәyә dә yaramaz”. Adama deyәrlәr, ay xalası göyçәk bәs başından yekә qәlәtlәri qarışdırmaq haqqını sәnә kim verib, sәn hәlә Ramiz Rövşәnin bir şeri yox, bir misrası qәdәr әdәbi çәkiyә sahib deyilsәn.

- Doğrudanmı, ölüm vətənə qayıdışdır?

- Ara günlərini dərdlə bölüşər,
Sonra da şənbəni, bazarı gələr.
Qürbətə düşənlər tarixə düşər
Gəlsə də vətənə məzarı gələr.


Vətənlə qürbətin getdikcə qırılmış okean buzları kimi arasının daha da açıldığını gördükcə, nə yazıq ki, “ölüm vətənə qayıdış” üçün son sığınacaq yeri olur.

- Burnunuzun ucu göynəyəndə vətənin iyini nədən alırsınız?

Gedәrsәn, mәchula yol gedәr gedәn,
Qürbәt, bir açılmaz sirdәn başlıyar.
Burnunun ucunu göynәdәn vәtәn
Yadına düşdüyü yerdәn başlıyar.

Gedәrsәn, vәtәnin qalar vәtәndә,
İçinin içindә köz vәtәn olar.
Dәrdinә, sәrinә vәtәnsәn sәn dә,
Qürbәtdә sәnә dә söz vәtәn olar.


Yaxşı ki, qəribə qürbətdə vətən olacaq söz varmış....

- Sizdən sonra “bu xalqın başına min bəla gəldi”. Nə düşündünüz: yaxşı ki gəldim, gərək gəlməzdim?

- Şairin karyeri yox, kadəri var deyənlər yanılmır. Tale bizdən ucada dayanır, onu redaktə etmək kimsənin əlində deyil. Baş daşlarımız bizdən daha biliklidir, biz doğumumuzu bilirik, baş daşlarımız ölümümüzü də bilir. Demək istədiyim odur ki, qürbətə gəlməmək əlimdə deyildi. Məni işsiz-gücsüz qoyub ac-susuz buraxıb, çörəklə imtahana çəkmək, sındırmaq istədilər. Özümə qalsa bəlkə də dözüb vətənimdən bir addım da dışarı atmazdım. Amma dünyaya gətirdiyim mənim heç bir günahımda payı olmayan övladlarımın taleyi ortada idi, onları acından öldürə bilməzdim.” Əlbəttə əlli üç illik zəngin təcrübəmi vətənimin xeyrinə davam etdirsəydim nə qədər də yaxşı olardı. Tanrım görəlim neylər, neylərsə gözəl eylər”. Tanrının elədiyinə gözəl deməkdən başqa nə deyə bilərəm ki?! Amma bir həqiqət var ki, mən qürbətdə daha önəmli işlər görə bildim, bu, mənim şansımdır. Yeri, gəlmişkən uzun sovet illərində neçə dəfə Türkiyəyə gəlmək istəsəm də buna imkan verilməmişdi. “Türk” kəliməsinin qadağan olduğu hardasa səksəninci illərin əvvəli o qaranlıq illərdə şuuraltı belə bir şeir yazmışdım, onda belә bir dördlük vardı:

İki sahil yaxasıyam,
Həsrət-həsrət baxasıyam.
Mən Dardanel boğazıyam,
Hamı məndən keçib gedər...


Niyə Cəbbəllüttarıq, Berinq, İstanbul boğazı yox, Dardanel boğazı?! Aradan 15 il keçəcək mən Türkiyənin bir başqa yerində yox, məhz Dardanel boğazının sahilindəki şəhərdə yaşayacaq və çalışacaqdım. Bunun bir tale diqtəsi olduğunu anlamaq üçün baş sındırmağa da dəyməz. Mən tale adamıyam, həyatım da talenin proqramlaşdırdığı lahiyə üzərə seyr edir.

- Siz Azərbaycanda olanda yazarlardan biri dedi ki, eh, Məmməd İsmayılın dövründəki günlərimiz getdi. O zamanlar gənclərin üzünə tutub, başına yığışdığı bir ocaq idi Məmməd müəllim, çox inanırdıq ona. Siz kimə inanasınız? Bəs siz nə gördünüz, doğrudanmı, bu gün gənc yazarların ürəklə inanıb tutunacaqları biri yoxdumu?

- Millət heç zaman qısır olmur! Mən heç inanmıram ki, Azərbaycanda bu gün gəncliyin üz tuta biləcəyi bir işıq yeri olmasın. Dənizlərdə kilkə balıqlarını işıq sahəsi yaradıb ovlayırlar. Başqa bir yerdə həyat rəmzi olan işıq kilkə balıqları üçün ölüm və əcəl rolunu oynayır. Ədəbiyyata yeni gələn gəncliyin yolunu çaşması üçün nə yazıq ki, istənilən qədər süni “torlar” qurulub. Bu gənclik ordusu soldan sağa, sağdan sola çəkilir. Yazıçılar ittifaqında, jurnal və qəzetlərin ətrafında , ya da yazıçılar ittifaqına alternativ olan qurumlarda belə “torlar” mövcuddur. Amma gənclik də hər kəsdən daha çox, öz içinə, ilhamına inanmalı ki, sənətin qürbətindən sənətin vətəninə keçә bilsin. Sən elə bilirsən bizim gənclik zamanlarımızda vəziyyət bundan yaxşı idi, əsla yox. Başımızı elə axmaq şeylərlə qatmaq istəyirdilər ki...
Şairlik, yazarlıq belə “başqatmalardan” sıyrıla bilməkdən, öz ədəbi yolunu tapmaqdan başlayır.

- Azərbaycanda yaranan ədəbiyyatı oxuyursunuzmu? Yeni imzalar, gedən proseslər sizi cəlb edirmi?

- İmkanımın çatdığı qədər Azərbaycanda yaranan ədəbi örnəkləri izləməyə çalışıram. Bu suala bir dәfә cavab vermişdim, tәkrar olsa da deyәcәyәm. Hesab edirəm ki, bütün əsrlərin başlanğıcının insanların uşaqlığı kimi oxşar cəhətləri var. İnkişaf baxımından uşaqlıq ömrün ən sürətli gəlişmə çağı olduğu kimi, hər əsrin əvvəlində qeyri-adi hadisələr baş verir. Misal üçün, Rus ədəbiyyatında XIX qızıl, XX gümüş əsrlərini götürək - ədəbiyyatın bütün sürətli gəlişimi bu əsrlərin əvvəllərinə təsadüf edir. Gümüş əsrinin nümayəndələrinin - Blok, Mayakovski, Yesenin, Axmatova, Pasternak, Svetayeva və digərlərinin bir-birlərinin qonşuluğunda yaşamalarına baxmayaraq, hamısı bir-birlərinə oxşamayan fərqli şairlər idi. İndi müasir Azərbaycan ədəbiyyatında Rusiyada yüz il əvvəl baş verən proseslər getməkdədir. Hazırda bizim elə 19-20 yaşlı gənc şairlərimiz var ki, onların əsərlərini oxuduqca təəccüblənməyə bilmirsən! Azərbaycan poeziyası hazırda bax belə intibah dövrünü yaşayır. Bu o demək deyil ki, biz gecikmişik. Yalan sözdür, bütün millətlər eyni əsrdə yaşayır. Yer üzündə elə xalqlar var ki, XI əsrdə, elələri var ki, XVIII əsrdə, elələri isə var ki, bəlkə XXII əsrdə yaşayırlar. Bu bir başlanğıcdır. Çox zaman uğurlu başlanğıcın davamı gəlmir. Könül istərdi ki, uğurlu başlanğıcın uğurlu davamiyyәti dә olsun!

- Azərbaycanda olsaydınız ədəbiyyatımızda nəyi sahmana salardınız?

-Heç nəyi səhmana salmaq tәşәbbüsündә bulunmazdım, çünki bu, mәnim görәvim deyil. Sadәcә bir şairin, bir yazarın necә örnәk ola bilәcәyinә çalışardım. Nәsimi kimi tarixә yanar heykәl kimi düşmüş bir dahisi olan millәtin “şairlәri” bu gündә olmamalıdır, olmağa da haqları yoxdur.

- Bu vətənin şairlərimi susdumu?

-Yox, demәzdim ki, bu millәtin şairlәri susdu. O zaman Musa Yaqubu, Ramiz Rövşәni, Vaqif Bayatlı Odәri hansı kateqoridә dәyәrlәndirәk! Bir millәtin heç olmasa tәk bircә şairi susmayıbsa bu da az deyil. Kim bilmir ki, damazlıq toxum da az olur, həm dә çox az!

Söhbətləşdi: Cəlil Cavanşir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG