Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:04

Yunanıstanda təqaüdçünün intiharı iğtişaşlar yaradıb


Yunanıstanda hökumətin yaratdığı çətinliklər səbəbindən intihar etdiyi bildirilən bir təqaüdçünün ölümü Afinada toqquşmalar yaradıb. Polis 1500 etirazçını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Xəsarət alan olmayıb.

Çərşənbə günü Afinanın Syntagma meydanında 77 yaşlı keçmiş aptekçi özünü başından güllə ilə vurub. Bundan sonra toqquşmalar başlayıb. Polisin bildirdiyinə görə, həmin şəxs öz məktubunda yazıb ki, hökumətin ölkəni bankrot və iqtisadi çöküşdən xilas etmək üçün tətbiq etdiyi sərt tədbirlərə etiraz olaraq intihar edir. Yazdığına görə, təqaüdü o qədər azalıb ki, «qəpik-quruş» almağa başlayıb, bu da ona yaşamağa bəs etmir.

Yunanıstan siyasi liderləri çərşənbə günü hadisəsindən təəssüf bildiriblər, ancaq intiharı siyasiləşdirməməyə çağırıblar.
XS
SM
MD
LG