Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:30

Şimali Qafqazda dörd şübhəli yaraqlı öldürülüb


Rusiyanın Şimali Qafqaz rəsmiləri deyirlər ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda dörd şübhəli yaraqlı öldürülüb. Rəsmilərin bildirdiyinə görə, həmin dörd nəfər Kabardino-Balkariyanın paytaxtı Nalçik yaxınlığında bir evdə gizləniblərmiş.

Əməliyyatda bir təhlükəsizlik işçisinin yaralandığı bildirilir. Rəsmi məlumata görə, öldürülən dörd nəfərdən üçü «ağır cinayətlərə» görə axtarılanlar siyahısındadır. Polisin bildirdiyinə görə, dördüncü şəxs də yaraqlılara sursat və ərzaq çatdırırmış.

Hər il Rusiyanın Çeçenistan, Dağıstan, İnquşetiya və Kabardino-Balkariya ərazilərində şübhəli islamçı yaraqlılarla və Rusiya təhlükəsizlik qüvvələri arasında atışma və bomba partlayışlarında itkilər olur.
XS
SM
MD
LG