Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:41

ATƏT gənc siyasi fəallara təlim keçir


Arxiv foto
Arxiv foto
ATƏT-in Bakı ofisi Bakıda gənc siyasi fəallar üçün ictimai münasibətlər və siyasi kampaniya mövzusunda dörd-günlük təlim kursu təşkil edir.

Aprelin 5-də başlanan təlimdə siyasi partiyaların gənclər qurumlarından 30-a yaxın nümayəndə iştirak edir. Onlar demokratik təsisatlar prosesini təhlil edəcək, siyasi kampaniyalara dair beynəlxalq təcrübənin ən yaxşı nümunələrini bölüşəcək, seçici qrupları ilə necə işləməyi öyrənəcək, qadınların siyasətdə rolunu müzakirə edəcəklər.

Tədbirdə həmçinin gənc siyasi partiya nümayəndələrinə ATƏT-in müvafiq öhdəliklərinə dair məlumat veriləcək.

«Gənclər Azərbaycan siyasəti və cəmiyyətində mühüm rol oynayır. Bu təlimin məqsədi bu nəsli Azərbaycanın gələcək formalaşması və inkişafında fəal iştirak üçün lazımlı alət və bacarıqla təmin etməkdir», bunu ATƏT Ofisində Demokratikləşmə Bölməsinin rəhbəri Nicholas Detsch deyir.

Ukraynalı müstəqil ekspert Tetiana Sobolieva siyasi kampaniyanın ümumi sxemi və mahiyyəti barədə, eləcə də ictimaiyyətlə necə əlaqə qurmağa dair təlimlər keçəcək. Qadınların siyasətdə rolu və imicmeykinqə dair xüsusi sessiyalar təşkil olunacaq. İştirakçılar həmçinin praktik məşğələlərə qatılacaq, ənənəvi və yeni media alətləri və texnologiyalarını necə tətbiq etməyi öyrənəcəklər.
XS
SM
MD
LG