Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:54

Şoyqu Moskva vilayətinin qubernatoru ola bilər


Rusiya prezidenti Dmitri Medvedev uzun müddət Fövqəladə Hallar naziri olmuş Sergey Şoyqunun namizədliyini Moskva vilayətinin qubernatoru postuna irəli sürüb.

Şoyqu bu postda Boris Qromovu əvəzləyəcək.

General Qromov 1989-cu ildə rus əsgərlərinin Əfqanıstandan çıxarılmasına başçılıq edib. O, 2000-ci ildən Moskva vilayətinin qubernatorudur, ötən ay bildirib ki, mayda vəzifə müddəti bitən kimi postundan gedəcək.

Moskva vilayətində korrupsiya iddiaları geniş yayılıb.

Sergey Şoyqu 1994-cü ildən Fövqəladə Hallar naziridir. Onun hakim Vahid Rusiya Partiyasının yaradılmasında da xidməti olub. Moskva Vilayət Şurasının deputatları aprelin 5-də Şoyqunun namizədliyini gizli səsverməyə qoyacaqlar. Rusiya müxalifət qüvvələri isə qubernatorların birbaşa seçkidə seçilməsinə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG