Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:02

Birləşmiş Ştatlar İrana xəbərdarlıq edir


Birləşmiş Ştatlar İrana yenə xəbərdarlıq edib ki, İran nüvə silahı hazırlamaq məqsədi olmadığını dünya ictimaiyyətinə ciddi şəkildə sübut etməlidir. Yoxsa İran bundan sonra da təcrid və iqtisadi sanksiyalarla üzləşəcək.

ABŞ dövlət katibi Hillary Clinton bildirib ki, Avropa Birliyi rəsmiləri Tehranla danışıqları bərpa etmək tarixini dəqiqləşdirməyə çalışırlar, ancaq Birləşmiş Ştatlar «danışıqlar xatirinə danışıqlarda maraqlı deyil»:

O, bildirib ki, böhranı diplomatiya ilə həll etmək üçün hələ vaxt var:

«Bizim diplomatiya vasitəsilə axtardığımız məqsədlərə nail olmaq üçün vaxt və məkanımız qalır. Biz beynəlxalq ictimaiyyətin narahatlığını dinc yolla həll etmək istəyirik. Ancaq diplomatiyanın vaxtı da hüdudsuz deyil. İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantlar açıqdır. İran beynəlxalq öhdəliklərə əməl etməsə və nüvə proqramının dinc məqsədini nümayiş etdirməsə, güclü təzyiqə və təcridə məruz qalmaqda davam edəcək».

İran nüvə proqramının dinc məqsədli olduğunu deyir.

BMT-nin beş daimi üzvü – ABŞ, Britaniya, Fransa Rusiya və Çin, eləcə də Almaniya və İran arasında danışıqların aprelin 13-də başlayacağı gözlənilir.
XS
SM
MD
LG