Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:50
Rusiyanın «Novaya qazeta» gündəlik qəzetinin əməkdaşı Elena Milaşina hücuma məruz qalıb. O, rəfiqəsi ilə birlikdə döyülüb və soyulub. Hadisə aprelin 5-nə keçən gecə baş verib.

Milaşina Facebook səhifəsində yazıb ki, rəfiqəsi ilə işdən evə qayıdarkən naməlum şəxslərin «qəzəbli» hücumuna məruz qalıblar.

Milaşinanın sözlərinə görə, onu başı və sifətindən vurub, yumruqlayıblar, dişlərini sındırıblar. Hadisə yerinə sonradan gəlmiş polisdənsə heç bir kömək olmayıb.

Milaşina «Human Rights Watch» tərəfindən Rusiyada insan hüquq pozuntularını işıqlandıran jurnalist olaraq mükafatlandırılıb.

O, Rusiyada qətlə yetirilmiş jurnalist Anna Politkovskayanın rəfiqəsi və Çeçenistan hüquq müdafiəçisi Natalya Estemirovanı görən sonuncu şəxslərdən idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG