Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:24

Terror 10 nəfərin həyatına son qoydu


Əfqanıstanın şimalında terror hücumu nəticəsində 3 ABŞ əsgəri də daxil olmaqla ən azı 10 nəfər öldürülüb.

Hücum aprelin 4-də Faryab əyalətinin mərkəzi Maymanada baş verib.

Terrorçunun partlayıcı quraşdırılmış motosiklet sürdüyü deyilir.

Məsuliyyəti Taliban öz üzərinə götürüb.

Öldürülənlər barədə müxtəlif yerdə müxtəlif məlumatlar qeyd olunur. Amma Associated Pressə ABŞ müdafiə nazirliyi rəsmisinin açıqlamasına görə, hücum nəticəsində Amerika hərbçiləri öldürülüb.

Bir qrip əfqan polisinin də öldürüldüyü deyilir.

Bu il ümumilikdə 100-ə yaxın NATO əsgəri qətlə yetirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG