Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:30

Rus jurnalistinə hücum edilib


Aprelin 5-də Rusiyanın gündəlik qəzeti “Novaya qazeta”da çalışan müstəqil jurnalist Elena Milaşina deyib ki, o və dostu döyülüb və oğurlanaraq Moskvadan kənara çıxarılıb.

Milaşina Facebook səhifəsində yazıb ki, dostu ilə işdən evə qayıdarkən naməlum şəxslərin “qəzəbli” hücumuna məruz qalıblar.

Milaşinanın sözlərinə görə, onu başı və sifətindən vurublar. Hadisə yerinə sonradan gəlmiş polisdənsə heç bir kömək olmayıb.

Milaşina Human Rights Watch tərəfindən Rusiyada insan hüquq pozuntularını işıqlandıran jurnalist olaraq mükafatlandırılıb. O, Rusiyada qətlə yetirilmiş jurnalist Anna Politkovskayanın rəfiqəsi və Çeçenistan hüquq müdafiəçisi Natalya Estemirovanı görən sonuncu şəxslərdən idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG